• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Radardan yayınmaq üçün müxtəlif üsullara əl atanlara XƏBƏRDARLIQ

CƏMİYYƏT

22 Fevral 2024 | 20:00 | Müəllif: Subhan Mahmudov

Radardan yayınmaq üçün müxtəlif üsullara əl atanlara XƏBƏRDARLIQ

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi radarlardan yayınmaq üçün müxtəlif üsullara əl atan şəxslərə xəbərdarlıq edib.

İdarədən Bakıvaxtı.az-a verilən xəbərə görə, xəbərdarlıqda deyilir ki, radarlardan yayınmaq üçün müxtəlif üsullara əl atan şəxslər məsuliyyətə cəlb olunacaq: "Avtomobilinin ön şüşəsinə həmin nəqliyyat vasitəsinə aid olmayan saxta nömrə nişanları yerləşdirərək xüsusi texniki vasitələrin iş prinsipini pozmağa cəhd edən sürücülər DYP əməkdaşları tərəfindən aşkar edilərək məsuliyyətə cəlb olunublar.

Baş Dövlət Yol Polisi İdarəsi avtonəqliyyat vasitələrinin sahiblərinə və sürücülərinə müraciət edərək qeyd olunan əməlin qanunvericiliyə zidd olduğunu bildirir və belə hallar aşkarlandığı təqdirdə ciddi tədbirlərin görüləcəyini diqqətə çatdırır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026