• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Paşinyan Rusiya hərbçilərini ölkədən çıxarmaq istəyir - “Hraparak”

CƏMİYYƏT

23 Mart 2024 | 11:15

Paşinyan Rusiya hərbçilərini ölkədən çıxarmaq istəyir - “Hraparak”

Ermənistanın baş naziri Nikol Paşinyan konstitusiyaya dəyişiklik etməklə həm də Rusiya hərbçilərini ölkə ərazisindən çıxarmaq istəyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Bildirilib ki, Ermənistanda konstitusiya dəyişikliyi məsələsi gündəmdən düşməyib: “Çünki yalnız yeni konstitusiyada müvafiq müddəaları təsbit etməklə Ermənistan rusları ölkə ərazisindən çıxara bilər. Söhbət 1995-ci il dövlətlərarası müqavilə əsasında fəaliyyət göstərən Gümrüdə yerləşən 102-ci hərbi bazadan gedir. 2010-cu ildə sənədə dəyişikliklər edildi və bazanın yerləşdirilməsi müddəti 2044-cü ilə qədər uzadıldı. Odur ki, yalnız yeni konstitusiya ilə Ermənistan Rusiya qoşunlarını ölkə ərazisindən çıxara bilər”.

Qeyd edək ki, Ermənistanda konstitusiya dəyişikliyi uzun müddətdir müzakirə olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR