• Bakı 17° C

    1.53 m/s

İqlim dəyişikliyi 25 ilə 38 trilyon dollar ziyan vuracaq

CƏMİYYƏT

21 Aprel 2024 | 21:51 | Müəllif: Subhan Mahmudov

İqlim dəyişikliyi 25 ilə 38 trilyon dollar ziyan vuracaq

İqlim dəyişikliyinin qlobal iqtisadiyyata vurduğu ziyan 2049-cu ilə qədər ildə 38 trilyon dollara çata bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Potsdam İqlim Təsirinin Tədqiqatı İnstitutunun alimləri məlumat yayıb.

"Qlobal iqtisadiyyat 19 faiz kiçilmə riski altındadır. İtkilər qlobal istiləşmə sürətinin azaldılması xərclərindən altı dəfə çoxdur. Eyni zamanda, əsas təhlükə Yer kürəsində temperaturun asta temple artması deyil, təbii fəlakətlər - meşə yanğınları və qasırğalardır.

İqlim dəyişikliyi təkcə milli hökumətlər və böyük şirkətlər üçün deyil, həm də ayrı-ayrı şəxslər üçün iqtisadi problemlərə təhlükə yaradır. Afrika və Cənubi Asiya ölkələri ən ciddi problemlərlə üzləşəcək", - məlumatda deyilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026