• Bakı 11° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Arayış verir, pul yığır... - “JEK”-lərin ləğvi hansı mərhələdədir?

CƏMİYYƏT

22 Aprel 2024 | 11:15

Arayış verir, pul yığır... - “JEK”-lərin ləğvi hansı mərhələdədir?

“JEK-lərin fəaliyyətinin davam etdirilməsinin səbəblərindən biri onları əvəz edəcək qurumların hələ formalaşmamasıdır”.

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında deputat, iqtisadçı alim Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, JEK-lər hazırda praktit olaraq xeyli sayda binalara xidmət göstərir:

“Bu xidmətə həm də bir sıra hallarda sakinlərə lazım olan arayışların və sənədlərin verilməsi də daxildir. Ona görə də JEK-lərin ləğv edilməsi üçün əvvəlcə onları əvəz edən qurumların yaradılması vacibdir. JEK-lər praktit olaraq daha çox SSRİ dövründə inşa edilən binalara xidmət edir. Sözsüz JEK-lərin ləğvi uzun müddətdir müzakirə olunan məsələlərdəndir.

Qeyd edim ki, yeni inşa olunan binalarda bina sakinlərindən ibarət komitələrin yaradılması da qanunvericilikdə əksini tapıb. Bu istiqamətdə də hələlik çox sayda komitələrin fəaliyyət göstərməsini görümürük”.

 

Deputat bildirib ki, gələcəkdə JEK-ləri əvəz edəcək qurumların formalaşaması baş verərsə, bu, mərhələli şəkildə JEK-lərin səlahiyyətlərini həmin qurumları ötürməsinə gətirib çıxara bilər.

Xatırladaq ki, 2022-2026-cı illər üzrə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında ölkədə mənzil-kommunal istismar sahələrinin (MKİS) ləğvinin yer aldığı bildirilmişdi. Artıq 2024-cü ildir və JEK-lər hələ də fəaliyyət göstərirlər.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026