• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

“Rayonlarda, kəndlərdə mədəniyyət evləri ölü vəziyyətdədir” - Fazil Mustafa

GÜNDƏM

21 Iyun 2024 | 14:00

“Rayonlarda, kəndlərdə mədəniyyət evləri ölü vəziyyətdədir” - Fazil Mustafa

Azərbaycanda insanların sosiallaşma imkanları o qədər məhdudlaşıb ki, yaxın qohumdan o yana çıxa bilmirlər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa deyib.

Deputat bildirib ki, bu, əsasən kəndlərdə belədir: “Rayonlarda, kəndlərdə mədəniyyət evləri ölü vəziyyətdədir. Qanunvericilikdə yaxın qohum evlilikləri ilə bağlı nə qədər sərt qadağa qoysaq da, bunun nəticəsini yaxın vaxtda görə bilməyəcəyik”.

Qeyd edək ki, Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hallar) yaxın qohumlarla yanaşı qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyən yeni normanın təsbit edilməsi nəzərdə tutulur.


SON XƏBƏRLƏR