• Bakı 25° C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.8792

    RUB - 0.0189

Ədliyyə Nazirliyinin yeni idarə rəisi KİMDİR?

GÜNDƏM

19 Iyul 2024 | 12:39

Ədliyyə Nazirliyinin yeni idarə rəisi KİMDİR?

Ədliyyə nazirinin müvafiq əmri ilə Elçin Nəsibov Nazirliyin Qanunvericilik baş idarəsinin rəisi vəzifəsinə təyin edilib.

Modern.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Elçin Nəsibov 1974-cü ildə anadan olub. 1996-cı ildə Moskva Dövlət Hüquq Akademiyasını hüquqşünaslıq ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə 1997-ci ildə Ədliyyə Nazirliyində başlayıb, müxtəlif vəzifələrdə çalışaraq qanunvericilik aktlarının layihələrinin hazırlanmasında, layihələr üzrə rəylərin verilməsində bilavasitə iştirak edib.

2006-2017-ci illərdə Qanunvericilik baş idarəsinin İnzibati və hərbi normativ aktlar idarəsinin rəisi, 2017-ci ildən bu vəzifəyə təyin olunanadək isə Qanunvericilik baş idarəsinin rəis müavini vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2016-cı ildə “Dövlət qulluğunda fərqlənməyə görə”, eləcə də 2012-ci ildə “Ədliyyə sahəsində fərqlənməyə görə” medalları ilə, 2019-cu ildə “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)”, 2020-ci ildə isə “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” yubiley medalları ilə təltif edilib.


SON XƏBƏRLƏR