• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Müdafiə təyinatlı məmulatların idxalı gömrük rüsumundan AZAD OLUNDU

GÜNDƏM

17 Avqust 2024 | 16:20 | Müəllif: Subhan Mahmudov

Müdafiə təyinatlı məmulatların idxalı gömrük rüsumundan AZAD OLUNDU

Müdafiə təyinatlı məmulatların idxalı vergi və gömrük rüsumundan azad olunub.

Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

“Gömrük tarifi haqqında” qanuna edilmiş dəyişikliklə müdafiə təyinatlı məmulatların (döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatların, partlayıcı maddə və qurğuların, onların dəstləşdirici hissələrinin) layihələndirilməsi, istehsalı, satışı, təmiri və onlara texniki xidmət göstərilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin, materialın və xammalın idxalı gömrük rüsumundan azad olunub.

Bundan başqa, Vergi Məcəlləsinə edilmiş dəyişikliklə isə müdafiə təyinatlı məmulatların (döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatların, partlayıcı maddə və qurğuların, onların dəstləşdirici hissələrinin) layihələndirilməsi, istehsalı, satışı, təmiri və onlara texniki xidmət göstərilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin, materialların və xammalın idxalı, habelə həmin şəxslər tərəfindən istehsal edilmiş müdafiə təyinatlı məmulatların satışı, təmiri və onlara texniki xidmət göstərilməsi vergidən azad edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026