• Bakı 26° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

“Real Madrid” yenidən qələbəyə sevindi

İDMAN

14 Mart 2021 | 10:29

“Real Madrid” yenidən qələbəyə sevindi

Futbol üzrə İspaniya La Liqasında 27-ci turun növbəti oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, çempionluğa iddialı olan “Real Madrid” klubu öz meydanında autsayder “Elçe” komandasını qəbul edib. Görüş madridlilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə sayəsində xal ehtiyatını 57-yə çatdıran “Real Madrid” turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Elçe” isə 24 xalla 17-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, “Real Madrid”in əzəli rəqibi “Barselona” növbəti oyununu martın 15-də “Ueska”ya qarşı keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026