• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Reanimasiyaya yerləşdirilən Əsabəli Mustafayevin vəziyyəti açıqlanıb

CƏMİYYƏT

22 Avqust 2024 | 11:16

Reanimasiyaya yerləşdirilən Əsabəli Mustafayevin vəziyyəti açıqlanıb

Ötən gün səhhəti ilə bağlı reanimasiyaya yerləşdirilən vəkil Əsabəli Mustafayevin vəziyyəti açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Vəkillər Kollegiyasının üzvü 1951-ci il təvəllüdlü Mustafayev Əsabəli Qulaməli oğlu 17.08.2024-cü il tarixində saat 17:30-da Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Xəstəxanasına hospitalizasiya olunub:

“Törədicisi dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulan Ə. Mustafayev ağır vəziyyətdə Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. Pasiyentə bütün zəruri tibbi xidmətlər göstərilib və vəziyyəti stabilləşdikdən sonra 21.08.2024-cü il tarixində Terapiya şöbəsinə köçürülüb”.

Mərkəzdən bildirilib ki, müalicə tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026