• Bakı 29° C

    7.04 m/s

  • USD - 1.7

    EUR - 1.9327

    RUB - 2.1806

Rəhbərlik uğursuz nəticələrə görə futbolçuları cərimələdi

İDMAN

05 Oktyabr 2024 | 10:53

Rəhbərlik uğursuz nəticələrə görə futbolçuları cərimələdi

Yunanıstanın PAOK klubunun rəhbərliyi komandanın futbolçularını son oyunlardakı uğursuz nəticələrinə görə cərimələyib.

Bakıvaxtı.az "Sport 24" portalına istinadən xəbər verir ki, cərimənin məbləği barədə məlumat verilmir.

PAOK Avropa Liqasının Liqa mərhələsinin ilk iki turunda müvafiq olaraq Türkiyənin "Qalatasaray" (1:3) və Rumıniya FCSB (0:1) kollektivinə uduzub. Yunanıstan çempionatında isə “Aris”ə (0:1) məğlub olub.

Saloniki təmsilçisi altı turdan sonra 13 xalla ölkə çempionatının turnir cədvəlində 3-cü sırada qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Iyul 2026