• Bakı 24° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Rektor: Türkiyə-Azərbaycan Universitetində gələcəkdə tibb sahəsi üzrə ixtisas olacaq

GÜNDƏM

29 Avqust 2024 | 16:00

Rektor: Türkiyə-Azərbaycan Universitetində gələcəkdə tibb sahəsi üzrə ixtisas olacaq

Türkiyə-Azərbaycan Universitetində gələcəkdə tibb sahəsi, konkret olaraq tibb bacısı (tibb qardaşı) üzrə ixtisas olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Hacettepe Universitetinin rektoru professor Dr. Mehmet Cahit Güran deyib.

Qeyd edək ki, TAU-da qida mühəndisliyi ixtisasında Hacettepe Universitetinin təhsil proqramları əsas götürüləcək.

“Bizim universitetin Naxçıvan Dövlət Universiteti, Naxçıvan Səhiyyə Nazirliyi və dövlət xəstəxanası ilə əməkdaşlığı var. Biz tibb bacısı ixtisasının Azərbaycanda yetərincə dəyərləndirilmədiyini düşünürük”, - o deyib.

Rektorun sözlərinə görə, tibb bacısı (yaxud tibb qardaşı) ixtisası üzrə təhsil iki illə natamam qalır, halbuki tam təhsilin alınması mütləqdir. O bildirib ki, Türkiyədə bu ixtisas 4 illik təhsil proqramı ilə başa çatır:

“Hacettepe Universiteti olaraq biz buna çox önəm veririk. Çünki onlar həkimlərin ən böyük dəstəkçisidir, yarı həkimdirlər. Bizim universitetimizin, xəstəxanalarımızın böyük uğuru tibb bacısı üzrə kadrların güclü bazada hazırlanmasına əsaslanır. Mərhum İhsan Doğramacı Hoca Hacettepede tibb fakültəsini qurduğu zaman tibb bacısı fakültəsini də yaradıb. Ümid edirəm ki, gələcəkdə bu istiqamətdə TAU-da müasir təhsil standartlarına cavab verən güclü kadrlar yetişdirəcəyik”.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.


SON XƏBƏRLƏR

13 Sentyabr 2024