• Bakı 16° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Azərbaycanda bu rektor işdən ÇIXARILACAQ

GÜNDƏM

25 Sentyabr 2024 | 14:48

Azərbaycanda bu rektor işdən ÇIXARILACAQ

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov vəzifəsindən azad ediləcək.

Bakıvaxtı.az
xəbər verir ki, Modern.az-ın məlumatına görə, buna səbəb onun deputat seçilməsidir.

Azad Novruzov sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində Naxçıvan Ali Məclisinin deputat seçilib. O, Ali Məclisdə 7 saylı Xanlıqlar seçki dairəsini təmsil edəcək.

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına görə, Ali Məclisin deputatları elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul ola bilməzlər.

Qeyd edək ki, Azad Novruzov 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru təyin olunub.

Xatırladaq ki, bir neçə gün əvvəl Prezident İlham Əliyev Milli Məclisin deputatı seçilən Heydər Əsədovu vəzifəsindən azad edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026