“Karyera mərkəzlərində indi qeyd edəcəyim xidmətlər göstərilməlidir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının müdiri Toğrul Ələkbərov Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan "Məzunların məşğulluq reytinqi" platformasının və “Karyera Mərkəzlərinin Standartları”nın da təqdimatında deyib.
“Tələbələr universitet xidmətləri haqqında məlumatlandırılmalıdır. Əmək bazarı, əsas bacarıqlar, səriştələr barədə məlumandırma olmalıdır. Təəssüf ki, bizdə tələbələr bunu 4-cü kursda edir. Ən əsas məsələ isə ixtisas dəqiqləşdirməsidir. Bizdə belədir ki, adam gəlib düşür dünya ədəbiyyatı ixtisasına, amma adam bilmir dünya nədir. Məsələn, tələbə biznes ixtisasına düşübsə, karyera mərkəzləri onu yönləndirməlidir. Daha sonra tələbələrə CV tərtib etməyi öyrətmək lazımdır. Əziz rektorlar, bunu 4-cü kursda öyrətmək lazım deyil. Tələbələrin 4-cü kursda CV-i ona görə boş olur ki, onun 2-ci kursda CV-si olmayıb. Bunu 2, hətta 1-ci kursdan öyrətmək lazımdır. Karyerə mərkəzlərinin əsas məqsədi agahlandırmaqdır. O başa düşməlidir ki, sən təhsil alıb əmək bazarı imtahanından kəsilmisənsə, deməli, öyrənməmisən. Biz şirkətlər dəvət etməli, öncədən onları müsahibə etməliyik. İşəgötürənlərlə müsahibədə olmalıdırlar. Belə olduqda tələbə universiteti bitirdikdə işə qəbuı almağa hazır olur”.
Aytac Aslan















