• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qaz limitinin ləğvi ilə bağlı mühüm xəbər - VİDEO

CƏMİYYƏT

30 Noyabr 2023 | 10:49 | Müəllif: Subhan Mahmudov

Qaz limitinin ləğvi ilə bağlı mühüm xəbər - VİDEO

Hər il qış fəsli yaxınlaşdıqca, təbii qazın limitinin ləğv edilməsi məsələsi ciddi müzakirə olunur. Çünki bir çox evdə tətbiq olunan limit keçilir, qaz və işıq üçün yüksək məbləğ ödənilir.

Bəs mövcud limit ləğv edilə və ya qiymətlər enə bilərmi?

Bakıvaxtı.az Xəzər TV-yə istinadən bildirir ki, "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eldəniz Vəliyev "Xəzər Xəbər"in sorğusuna cavab olaraq bildirib ki, limitin qiymətinin dəyişdirilməsi və ləğv olunması təmsil olunduğu qurumun səlahiyyətində olan məsələ deyil.

Milli Məclisin deputatı Fazil Mustafa da qaz limitinin ləğv olunmasını gündəmə gətirib. O hesab edir ki, Azərbaycanda qazın limiti ya ləğv olunmalı, yaxud da müəyyən qədər yuxarı qaldırılmalıdır.

Millət vəkili bildirib ki, əhali baha olduğuna görə qaz yandıra bilmir, ona görə də müvafiq qurumlar bu məsələyə yenidən baxmalıdırlar.

O hesab edir ki, bu məsələ qanunvericilik səviyyəsində həllini tapmalıdır. Bunun üzərində müzakilər aparılmalı, optimal həlli yolları tapılmalıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026