• Bakı 26° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Rəsmi ABŞ: Çinin kiberhücumlarından narahatıq

DÜNYA

07 Yanvar 2025 | 11:05 | Müəllif: Əli Hüseynov

Rəsmi ABŞ: Çinin kiberhücumlarından narahatıq

Çinin dəstəyi ilə həyata keçirilən kiberhücumlardan narahatıq.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ Maliyyə Naziri Janet Yellen qeyd edib.

ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamaya görə, Yellen Çin baş nazirinin müavini Hı Lifinq ilə virtual görüşdə kiberhücumlar məsələsini müzakirə edib.

Yellen Çinin dəstəklədiyi kiberhücumların zərərli olduğunu və bu cür fəaliyyətlərin ikitərəfli münasibətlərə təsir edə biləcəyini bildirib. 

Nazir Rusiya-Ukrayna müharibəsinə maliyyə dəstəyi verən digər ölkələrin, o cümlədən, Çin şirkətlərinin ciddi nəticələrlə üzləşə biləcəyini də bəyan edib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026