• Bakı 17° C

    5.8 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Rəsmi Bakı ABŞ-ın 907-ci düzəlişin tam ləğv edilməsi üçün əməli addımlar atacağına ümidvardır

SİYASƏT

07 Noyabr 2025 | 14:49

Rəsmi Bakı ABŞ-ın 907-ci düzəlişin tam ləğv edilməsi üçün əməli addımlar atacağına ümidvardır

“ABŞ-a səfərin tarixi və simvolik əhəmiyyətli digər bir məqamı ABŞ Prezidenti tərəfindən “Azadlığa dəstək qanununa” 907-ci düzəlişin tətbiqinin müvəqqəti olaraq dayandırılması ilə bağlı sərəncamın məhz cənab Prezident İlham Əliyevin iştirakı ilə imzalanmasıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu apa-ya müsahibəsində Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

    “Hər kəsə yaxşı məlumdur ki, 1992-ci ildə qəbul olunmuş bu düzəliş Azərbaycana ABŞ dövlət yardımının göstərilməsini qadağan etmiş, ölkəmizə qarşı açıq ayrı-seçkilik xarakteri daşıyan ədalətsiz bir addım olub. Bu düzəliş ikitərəfli əlaqələrimizdə çətinlik yaradan bir faktordur.

    ABŞ Prezidenti tərəfindən atılan bu addım Azərbaycan-ABŞ tərəfdaşlığının real mahiyyətini əks etdirir, iki ölkə arasında qarşılıqlı etimadı və strateji əməkdaşlığı daha da möhkəmləndirir. Bu addım ABŞ-la yeni əməkdaşlıq dövrünün başlanmasının göstəricisidir. Ümidvarıq ki, Azərbaycanla-ABŞ arasında münasibətlərin inkişaf perspektivləri, ölkəmizin geniş regionda artan rolu nəzərə alınaraq, ABŞ tərəfi bu düzəlişin tamamilə ləğv edilməsi istiqamətində əməli addımlar atacaq”, - Ayxan Hacızadə qeyd edib.


    SON XƏBƏRLƏR