• Bakı 13° C

    4.06 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Rəsmi Bakı Türkiyədə baş verən terror aktını pisləyib

SİYASƏT

23 Oktyabr 2024 | 18:49

Rəsmi Bakı Türkiyədə baş verən terror aktını pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ korporasiyasında baş verən terror aktını pisləyib.

Bakıvaxtı.az-ın məlumatına görə, XİN “X” sosial şəbəkəsində bununla bağlı paylaşım edib:

“Qardaş Türkiyədə Türk Aviasiya və Kosmik Sənaye Şirkətində törədilmiş terror aktını qətiyyətlə pisləyirik! Bu xain terror aktı nəticəsində şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirik! Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır!”, - paylaşımda deyilir.


SON XƏBƏRLƏR