• Bakı 13° C

    13.94 m/s

  • USD - 1.7

    EUR - 1.8297

    RUB - 0.0185

Rəsmi İrəvan: XİN rəhbərlərinin Qazaxıstandakı görüşünün tarixi razılaşdırılır

SİYASƏT

26 Aprel 2024 | 10:50

Rəsmi İrəvan: XİN rəhbərlərinin Qazaxıstandakı görüşünün tarixi razılaşdırılır

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında Qazaxıstanın təklifi ilə keçiriləcək görüşün tarixi razılaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

    O deyib ki, ölkəsi Cənubi Qafqazda sülhə istiqamətlənən vasitəçilik cəhdləri və danışıqlar üçün istənilən platformanı dəstəkləyir.

    "Qazaxıstan tərəfinin təklifi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin mümkün görüşünün tarixi barədə razılığa gələn kimi məlumat verəcəyik", - XİN sözçüsü qeyd edib.


    SON XƏBƏRLƏR