• Bakı 20° C

    3 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Restoranda nöqsanlar aşkarlandı - FOTOLAR

CƏMİYYƏT

19 Sentyabr 2023 | 11:56

Restoranda nöqsanlar aşkarlandı - FOTOLAR

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fiziki şəxs Məmmədov Elnur Dilqəm oğluna məxsus, Gədəbəy rayonu, Slavyanka kəndində fəaliyyət göstərən “Yuxarı Narzan” restoranında yoxlama keçirib.

AQTA-dan Bakıvaxtı.az-a verilən məlumata görə, baxış zamanı ictimai iaşə müəssisəsində sanitar norma və qaydaların, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb.

Müəssisədə qida məhsullarının saxlanması zamanı temperatur rejiminin və mal qonşuluğu prinsipinin pozulduğu, mənşəyi məlum olmayan qida məhsullarının (ev şəraitində hazırlanmış turşular və kompotlar) və baytarlıq baxışından keçməyən ət və süd məhsullarının istifadə olunduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar məlum olub.

Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbəri barəsində inzibati protokol tərtib olunub, müəssisənin fəaliyyəti nəzarətə götürülüb.


Restoranda nöqsanlar aşkarlandı - FOTOLARRestoranda nöqsanlar aşkarlandı - FOTOLARRestoranda nöqsanlar aşkarlandı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026