• Bakı 18° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Münasibətinizi bitirən 7 davranış

CƏMİYYƏT

19 Oktyabr 2023 | 10:50

Münasibətinizi bitirən 7 davranış

Bir münasibətdə olduğunuz zaman onu qorumaq və xoşbəxt olmaq üçün əlinizdən gələni edirsiniz. Ancaq fərqinə varmadan göstərdiyiniz yanlış davranışlar münasibətinizi son nöqtəyə gətirə bilər. 

Bakıvaxtı.az xəbər verir ki, cütlükər arasında münasibətin sağlam olması üçün bir sıra araşdırmalar aparılıb. 7 addımda partnyorunuzla münasibətinizi tarazlaya bilərsiniz. 

1- Davamlı telefonla vaxt keçirməyin
Smartfonlar bir çox insan üçün çox vacib ola bilər. Amma telefona yapışıb yaşamaq münasibətiniz üçün pis nəticələnə bilər. Çünki ortağınızın laqeyd yanaşdığınızı hiss edə bilər. Əgər telefonda görəcəyiniz işiniz varsa və bu vacibdirsə, bunu "Mənə biraz vaxt ver, o zaman bütün diqqətimi sənə verəcəm" deyərək bunu partnyorunuza çatdıra bilərsiniz.

2- Partnyorunuzu dost ortamında aşağılamayın
Siz və partnyorunuz bir-birinizlə zarafatlaşa və hətta gülə bilərsiniz. Bununla belə, dostlarının qarşısında partnyorunuzun görünüşü və ya xarakteri ilə bağlı zarafat etmək doğru davranış deyil.

3-Münaqişənizi danışaraq aradan qaldırın
Hər münasibətdə zaman-zaman fikir ayrılıqları, davalar ola bilər. Lakin bu məsələnin həmin anda həll edilməsi və sonradan üzərində dayanılmaması vacibdir. Mübahisələrinizi daim gündəmdə saxlasanız, bu, küsməyə səbəb olacaq və zamanla münasibətinizin sarsılacaq.

4- Aqressiv davranışlar sərgiləməyin
Əgər partnyorunuzla aranız yaxşı deyilsə və əsəbiləşdiyiniz zaman bunu söyləmirsinizsə və bunu davranışlarınızda əks etdirirsinizsə, bu, passiv- aqressiv davranışlar nümayiş etdirdiyiniz deməkdir. Bunu davam etdirmək həm sizi, həm də tərəfdaşınızı bədbəxt edəcək.

5- Mesajlara görə, söz-söhbət yaratmaq
Mesajlar çox mübahisəlidir. Probleminiz varsa, onu mətn mesajı ilə deyil, üz-üzə həll etməyə çalışın. Mesajlar üstündə mübahisə etmək münasibətlərinizin zamanla bitməsinə səbəb ola bilər.

6- Ailəsinə qarşı hörmətlə yanaşmaq
Bəzən münasibətlərinizdə ailə problemləri yaranır. Belə hallarda partnyorunuzun ailəsini tənqid etməkdənsə, onlara mehribanlıqla yanaşın. Çünki tənqidi rəftarlar partnyorunuzun ailəsini müdafiə etməsinə səbəb olacaq ki, bu da münasibətlərinizdə öz əksini tapacaq.

7- Sevginizi göstərin 
Partnyorunuz üçün hazırladığınız kiçik jestlər ona olan sevginizi göstərməyin ən yaxşı yolu ola bilər. Ancaq bunu etməkdən çəkinsəniz, partnyorunuz ona olan sevginizə şübhə edə bilər ki, bu da mübahisələrə səbəb olacaq.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026