• Bakı 4° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Laçında müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ!

CƏMİYYƏT

17 Noyabr 2023 | 20:31 | Müəllif: Subhan Mahmudov

Laçında müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ!

Yaxın günlərdə Laçın rayonunun Zabux kəndində Ə.Məmmədov adına Zabux kənd tam orta məktəbi fəaliyyətə başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Şərqi Zəngəzur Regional Təhsil İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, Laçın rayon Ə.Məmmədov adına Zabux kənd tam orta məktəbində müəllim vəzifəsində çalışmaq istəyənlər üçün məktəbdə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, informatika, coğrafiya, ingilis dili, fiziki tərbiyə fənləri üzrə qeydiyyat prosesi başlayıb.

Son qeydiyyat tarixi noybarın 23-dür.

Qeydiyyatdan keçmək istəyən namizədlər aşağıda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər: ttps://forms.gle/mzshVrBMtppXTWFi7


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026