• Bakı 23° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Bakı-Naxçıvan aviareysləri gecikir

CƏMİYYƏT

17 Dekabr 2023 | 12:06 | Müəllif: Subhan Mahmudov

Bakı-Naxçıvan aviareysləri gecikir

Azərbaycan Hava Yollarının J2-251 və J2-253 nömrəli Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan reyslərinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən (güclü duman) gecikir.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin məlumatında deyilir.

Sözügedən reyslərin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək.

Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri yemək və içki ilə təmin olunacaqlar.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026