• Bakı 11° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Göygöldə 10-a yaxın obyekt sahibi cəzalandırıldı

CƏMİYYƏT

18 Noyabr 2023 | 09:54

Göygöldə 10-a yaxın obyekt sahibi cəzalandırıldı

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı rayonun bir neçə kəndlərində kəndlərində fəaliyyət göstərən ümumilikdə 10-a yaxın kafe-restoranda məişət tullantılarının urnalardan kənara atılması müəyyən edilib, obyekt sahibləri ilə profilaktiki söhbət aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026