• Bakı 26° C

    2.46 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Rezidentura təhsilinin məzmunu və təşkili qaydalarında dəyişiklik 

CƏMİYYƏT

03 Dekabr 2024 | 11:57

Rezidentura təhsilinin məzmunu və təşkili qaydalarında dəyişiklik 

Rezidentura təhsilinin məzmunu və təşkili qaydalarında dəyişiklik edilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, rezidentura təhsili Nazirlər Kabinetinin ali təhsilin rezidentura səviyyəsi üzrə müəyyən etdiyi ixtisasların təsnifatına uyğun olaraq həkim-mütəxəssis hazırlığının ixtisaslaşmalar üzrə həyata keçirilməsini təmin edir. Hər bir ixtisas üzrə ixtisaslaşmalar həmin ixtisasın təhsil proqramında sahələr üzrə müəyyən olunur.

Həmçinin qaydalarda rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsilin müddəti ləğv edilib.


SON XƏBƏRLƏR

08 Iyun 2025
07 Iyun 2025