Papa Fransisk həftəlik xalq qarşısında çıxışı zamanı Suriya xalqının sülh, təhlükəsizlik və qarşılıqlı hörmət mühitində yaşaması üçün dua edib.
Bakıvaxtı.az "Frans Press" agentliyinə istinadən xəbər verir ki, Roma Papası Suriyada dinlər arasında qarşılıqlı hörmətə çağırıb.
Roma Papası duasında "Dua edirəm ki, Suriya xalqı öz sevimli torpaqlarında sülh və əmin-amanlıq içində yaşasın və müxtəlif dinlərə mənsub insanlar uzun illər müharibədən əziyyət çəkən bu xalqın rifahı naminə dostluq və qarşılıqlı hörmət çərçivəsində birgə çalışsınlar. Ümid edirəm ki, daha çox münaqişələr və parçalanmalar olmadan ölkənin sabitliyinə və birliyinə töhfə verəcək siyasi həll yolu tapılacaq" sözlərini işlədib.
Gülşən Şərif