Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisi və digər regionlarda xüsusi əməliyyat həyata keçirib.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi açıqlama yayıb.
Əməliyyat nəticəsində bir sıra silah və sursatlar ələ keçirilib. Həmçinin, doqquz şəxs saxlanılıb.
Saxlanılan şəxsləri 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Əli Hüseynov