• Bakı 30° C

    6.96 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Rus sülhməramlıları erməni terrorçuluğuna niyə göz yumub? - Deputat

SİYASƏT

17 Avqust 2022 | 15:58

Rus sülhməramlıları erməni terrorçuluğuna niyə göz yumub? - Deputat

“Qarabağda Rusiya hərbi kontingentinin müvəqqəti kontrolu altına yaşayanların son zamanlar ən çox şikayət etdikləri məsələ onunla bağlıydı ki, su qıtlığı üzündən əvvəlki kimi əkib-piçə bilmirlər. Amma sən demə əkirlərmiş... Torpaqlarımıza yenə mina basdırırlarmış”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Sahib Alıyev bildirib.

Millət vəkili qeyd edib ki, belə “tarla”lardan biri də avqustun 3-də qanunsuz silahlı birləşmələrdən təmizlənən Sarıbaba yüksəkliyi yaxınlığında tapılıb:

“Oradan çıxarılıb zərərsizləşdirlən 991 ədəd mina 2021-ci ildə Ermənistanda istehsal olunub. Belə görünür ki, İkinci Qarabağ savaşından sonra da haylar Azərbaycan torpaqlarına mina basdırmaqda davam edilər və Laçınla yanaşı digər yerlərdə də o cür "tarla"ların olması mümkündür. Bizim tez-tez işlətdiyimiz bir məsəl var: “Nə əkərsən, onu da biçərsən”. Yəqin Ermənistan ordusunun Qarabağdakı tör-töküntülərinə və oradakı separatçı ünsürlərə bu məsəlin niyə yarandığını xatırlatmaq lazım gələcək. Onlar Azərbaycan torpaqlarına əkdiklərini biçməli olacaqlar, ya da avqustun 3-dəki kimi özləri biçiləcəklər. Maraqlıdır, bəs Rusiyanın Qarabağdakı hərbi kontingenti nə üçün sözügedən terroçuluğun qarşısını almaq istəməyib?”

S. Alıyevin sözlərinə görə, heç inandırıcı deyil ki, onlar hayların Ermənistandan Qarabağa mina daşıyıb basdırmalarından xəbərsiz olublar:

“Rusiya hərbi kontingentinin rəhbərliyi mütləq bu suala cavab verməlidir. Və bu suala da cavab verməlidir ki, əgər məramları doğrudan da Qarabağda sülh yaratmaqdırsa, iki ilə yaxındır ordadırlar, hayların reinteqrasiyası, eləcə də azərbaycanlıların Xankəndinə, Xocalıya və müvəqqəti kontrolları altında olan digər yerlərə qayıdıb yaşamaları üçün nə ediblər, kiçicik də olsa bir hazırlıq görüblərmi?”

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR

08 Iyul 2025