• Bakı 11° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Gərginlik sərhədlərin delimitasiyası prosesinin vacibliyini göstərir” - BMT

SİYASƏT

15 Sentyabr 2022 | 18:55 | Müəllif: Subhan Mahmudov

“Gərginlik sərhədlərin delimitasiyası prosesinin vacibliyini göstərir” - BMT

“Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalar 2020-ci ildən bəri ən ciddi gərginlikdir. Bu gərginlik sərhədin delimitasiyası prosesinin vacibliyini nümayiş etdirir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən iclasında Baş katibin Avropa, Mərkəzi Asiya və Amerika məsələləri üzrə köməkçisi Miroslav Yença deyib.

“Biz artan gərginlikdən narahatıq. Bu gərginliyi azaltmaq üçün təcili tədbirlər görməyə çağırırıq”, - o vurğulayıb.

M.Yença ötən gün atəşkəs rejiminin elan olunmasını alqışlayıb və tərəfləri buna əməl etməyə çağırıb.

Baş katibin köməkçisi xatırladıb ki, Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalar hər iki tərəfdən itkilərə səbəb olub: “Belə ki, Azərbaycan tərəfdən 71 əsgər həyatını itirib, 2 mülki şəxs yaralanıb”.

“Sərhəddəki hazırkı gərginlik regionda sabitliyi poza bilər. Sülh yolu ilə nizamlanma üzrə işi davam etdirmək vacibdir. Bu istiqamətdə beynəlxalq səyləri tam dəstəkləyirik. BMT tərəflərlə sıx əlaqə saxlayır”, - deyə o vurğulayıb.

M.Yença Azərbaycan və Ermənistanı sülh müqaviləsinin imzalanması üçün addımlar atmağa çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026