• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Spiker türkiyəli həmkarına başsağlığı verdi

SİYASƏT

15 Oktyabr 2022 | 11:48

Spiker türkiyəli həmkarına başsağlığı verdi

Oktyabrın 15-də Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa başsağlığı verib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən xəbərə görə, parlamentin spikeri, Mustafa Şentopa ünvanladığı məktubda Türkiyənin Bartın vilayətinin Amasra rayonunda mədəndə baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən kədərləndiyini bildirib. O, TBMM sədrinə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan Respublikası Milli Məclisi adından başsağlığı verib, xəsarət alanlara şəfa diləyib.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026