• Bakı 8° C

    0.17 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Şuranın tərkibi təsdiq edildi - SƏRƏNCAM

SİYASƏT

15 Oktyabr 2022 | 14:58

Şuranın tərkibi təsdiq edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərbaycan Elm Fondu” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiqi və “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 2818 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, sərəncama əsasən, “Azərbaycan Elm Fondu” publik hüquqi şəxsin Müşahidə Şurasına Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri sədrlik edir. Müşahidə Şurasının üzvləri elm və təhsil naziri, rəqəmsal inkişaf və nəqliyyat naziri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədrindən ibarətdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026