• Bakı C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Rüşdiyə hücum edən şəxs SEPAH-la əlaqədə olub? - İDDİA

DÜNYA

15 Avqust 2022 | 18:01

Rüşdiyə hücum edən şəxs SEPAH-la əlaqədə olub? - İDDİA

Salman Rüşdiyə hücumda ittiham olunaraq həbs edilən 24 yaşlı Hadi Matar sosial şəbəkələr vasitəsilə SEPAH-ın Qüds qanadı ilə birbaşa əlaqədə olub.

Bakıvaxtı.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Vice" xəbər agentliyi kəşfiyyat rəsmilərinə istinadən məlumat yayıb.

Məlumatda bildirilib ki, Hadi Matar Salman Rüşdiyə hücumdan öncə də Qüds Qüvvələri ilə əlaqə yaradıb.

Avropadakı xüsusi xidmət orqanlarından biri agentliyə açıqlamasında deyib ki, Salman Rüşdiyə edilən hücum başqaları tərəfindən idarə olunmuş şəkildə həyata keçirilib.

Yəni belə hücumlarda hər hansı bir kəşfiyyat xidməti özü heç bir müdaxilə etmədən başqa birini hücumu həyata keçirməyə sövq edir.


SON XƏBƏRLƏR