• Bakı 26° C

    8.59 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Ərdoğan Türkmənistanla bağlı qərar imzaladı

DÜNYA

14 Sentyabr 2022 | 15:41

Ərdoğan Türkmənistanla bağlı qərar imzaladı

Türkiyə Türkmənistan ilə viza rejimi tətbiq edib.

Bakıvaxtı.az “Resmi Gazete”ye istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Türkiyə Nazirlər Şurasının 2007-ci il 19 iyul tarixli qərarı ləğv edilib. Bu qərara uyğun olaraq isə, ümumvətəndaş pasportuna sahib olan Türkmənistan vətəndaşları turistik məqsədlərlə Türkiyədə vizasız 30 gün keçirə bilərdilər.

Qeyd edək ki, Türkmənistan XİN bir müddət əvvəl Türkiyəyə müraciət edərək ölkə vətəndaşları üçün müvəqqəti olaraq viza rejiminin tətbiq edilməsini istəyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026