• Bakı 32° C

    3.73 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Rusiya “Akkuyu” AES üçün Türkiyəyə avadanlıqlar göndərdi

DÜNYA

31 Avqust 2021 | 21:45

Rusiya “Akkuyu” AES üçün Türkiyəyə avadanlıqlar göndərdi

Rusiyanın “Atommaş” zavodu “Akkuyu” atom elektrik stansiyasının ikinci enerji bloku üçün buxar generatorlarını Türkiyəyə göndərib.

Bu avadanlıqların reaktorun birinci konturu üçün vacib olduğu, elektrik enerjisi hasil edən turbinləri işə salan buxarın məhz orada əmələ gəldiyi bildirilib.

Bütövlükdə, Türkiyəyə hər birinin çəkisi 355 ton olan 4 buxar generatoru göndərilib.

Qeyd edək ki, Rusiya və Türkiyə arasında “Akkuyu” AES-in inşası üzrə saziş 2010-cu ildə imzalanıb.


SON XƏBƏRLƏR

01 Avqust 2025