• Bakı 24° C

    9.12 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Bu ölkədə vaksinasiya məcburi OLACAQ

DÜNYA

30 Sentyabr 2021 | 20:55

Bu ölkədə vaksinasiya məcburi OLACAQ

Yaxın gələcəkdə Ukraynada COVID-19-a qarşı məcburi peyvənd tətbiq ediləcək.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Ukrayna səhiyyə naziri Viktor Lyaşko keçirdiyi brifinqdə deyib.

"Səhiyyə Nazirliyinin müvafiq əmri mərkəzi icra hakimiyyəti orqanlarının təsdiqinə göndərilib", - nazir vurğulayıb.

Lyaşko, həmçinin qeyd edib ki, söhbət məcburi peyvənddən getmir: "Məcburi peyvənd anlayışı yoxdur. Vaksin olunanlar işləyə biləcək, digərləri yox".

Onun sözlərinə görə, əmrdə vaksinin məcburi olacağı peşələrin siyahısı dəqiq müəyyən ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026