• Bakı 24° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

İtaliyada G20 sammiti ərəfəsində etiraz aksiyası keçirilib

DÜNYA

30 Oktyabr 2021 | 13:55 | Müəllif: Subhan Mahmudov

İtaliyada G20 sammiti ərəfəsində etiraz aksiyası keçirilib

İtaliyanın paytaxtı Romada G20 sammiti başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, sammit ərəfəsində iqlim fəallarının etiraz aksiyası keçirilib.

Səhər saatlarında 50-yə yaxın etirazçı sammitin keçiriləcəyi əraziyə gedən yolları bağlamağa çalışıb.

Gün ərzində paytaxt yürüşün keçiriləcəyi elan olunub.

Qeyd edək ki, G20 sammiti Romada oktyabrın 30-31-də keçiriləcək.

Sammitlə əlaqədar paytaxt ərazisində hava məklanı bağlanıb. Təhlükəsizliyin təmin olunması üçün 10 mindən çox polis əməkdaşı səfərbər edilib.

Eyni zamanda görüşün keçiriləcəyi ərazinin 10 kvadrat kilometr ətrafında "təhlükəsizlik zonası" elan edilib və nəqliyyatın hərəkəti tamamilə dayandırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR