• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiya aviaşirkəti Perm-Bakı istiqamətində uçuşlara başlayır

CƏMİYYƏT

12 Avqust 2021 | 13:58

Rusiya aviaşirkəti Perm-Bakı istiqamətində uçuşlara başlayır

Rusiyanın “Nordwind” hava yolları şirkəti 18 avqustdan etibarən Permdən Bakıya uçuşlara başlayacaq.

Bakıvaxtı.az xarici KİV-lərə istinadən xəbər verir ki, aviareyslər həftədə bir dəfə olmaqla, hər çərşənbə günü həyata keçiriləcək.

Məlumatda qeyd edilib ki, ilk aviareys avqustun 18-i tarixinə nəzərdə tutulub. Aviareyslər "Boeing-737" təyyarəsi ilə həyata keçiriləcək.

Xatırladaq ki, Permdən Bakıya “Ural Hava Yolları” aviaşirkəti də uçuşlar həyata keçirir.

Qeyd edək ki, “Nordwind” şirkəti Rusiyanın ən böyük aviaşirkətlərindən biridir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026