• Bakı 19° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Rusiya BMT TŞ-nın iclasının keçirilməsini istəyir

DÜNYA

11 Avqust 2023 | 23:46 | Müəllif: Subhan Mahmudov

Rusiya BMT TŞ-nın iclasının keçirilməsini istəyir

Rusiya Ukraynaya silah tədarükü ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini istəyib.

Bakıvaxtı.az xəbər verir ki, onun avqustun 17-də keçirilməsi nəzərdə tutulur.

Bu barədə Moskvanın təşkilatdakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski məlumat verib. Diplomatın Teleqram kanalında deyilir: “Qərb silahlarının artan tədarükü, Ukrayna ətrafında böhranı daha da gücləndirməsi və sülh yolu ilə həllin tapılması səylərinə xələl gətirməsi fonunda biz avqustun 17-də BMT Təhlükəsizlik Şurasının açıq iclasının keçirilməsini xahiş etdik”.

Bundan əvvəl Moskva kasetli sursatların Kiyevə verilməsini pisləyib. Rusiya bu tip silahlardan istifadə etməkdən çəkinir, lakin müdafiə naziri Sergey Şoyqunun dediyi kimi, oxşar tədbirlər görməyə məcbur olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026