• Bakı 25° C

    0.55 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Rusiyada helikopter qəzaya uğradı

DÜNYA

10 Sentyabr 2023 | 21:34 | Müəllif: Subhan Mahmudov

Rusiyada helikopter qəzaya uğradı

Göyərtəsində üç nəfərin olduğu "Robinson" helikopteri Voloqda vilayətinin Voje gölü yaxınlığında qəzaya uğrayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, iki nəfər xəsarət alıb, bir nəfər itkin düşmüş hesab olunur:

"10 sentyabr 2023-cü ildə göyərtəsində üç nəfərin olduğu Robinson helikopteri Voloqda vilayətinin Voje gölü ərazisində qəzaya uğrayıb. Hadisə nəticəsində iki vətəndaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlara tibbi yardım göstərilir, daha bir nəfər isə hazırda itkin düşmüş hesab olunur".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026