• Bakı 24° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Paşinyan Bişkek  görüşündən İMTİNA ETDİ

DÜNYA

10 Oktyabr 2023 | 16:56

Paşinyan Bişkek görüşündən İMTİNA ETDİ

Ermənistanın baş naziri Nikol Paşinyan Müstəqil Dövlətlər Birliyinin (MDB) Qırğızıstanın Bişkek şəhərində keçiriləcək zirvə görüşündə iştirakdan imtina edib.

Bakıvaxtı.az xəbər verir ki, Ermənistanın baş naziri Qırğızıstan prezidenti Sadır Japarovla telefon danışığında tədbirdə iştirak edə bilməyəcəyini deyib.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan MDB dövlətlərinin xarici işlər nazirlərinin oktyabrın 12-də Bişkekdə keçiriləcək görüşündə iştirakdan imtina edib.

Görüşdə Ermənistanı xarici işlər nazirinin müavini təmsil edəcək.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026