• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İrəvanda İtaliya və Ermənistanın Baş Qərargah rəislərinin görüşü olub - YENİLƏNİB

DÜNYA

09 Noyabr 2023 | 16:03

İrəvanda İtaliya və Ermənistanın Baş Qərargah rəislərinin görüşü olub - YENİLƏNİB

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Edvard Asryan İrəvanda italiyalı həmkarı admiral Cüzeppe Kavo Draqone ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, tərəflər iki ölkə arasında gələn il üçün nəzərdə tutulmuş əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.

 

12:23

İtaliyanın Baş Qərargah rəisi admiral Cüzeppe Kavo Draqone Ermənistanda səfərdədir.

Bu barədə Bakıvaxtı.az Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, müdafiə naziri Suren Papikyan Ermənistanda işgüzar səfərdə olan İtaliyanın Baş Qərargah rəisi admiral Cüzeppe Kavo Draqonenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Onlar Ermənistan-İtaliya müdafiə əməkdaşlığını və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026