• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Litva prezidentindən ukraynalı uşaqlarla bağlı ÇAĞIRIŞ

DÜNYA

09 Dekabr 2023 | 09:34

Litva prezidentindən ukraynalı uşaqlarla bağlı ÇAĞIRIŞ

Litva prezidenti Gitanas Nauseda beynəlxalq ictimaiyyəti ruslar tərəfindən qanunsuz olaraq götürülmüş ukraynalı uşaqların geri qaytarılmasına nail olmaq üçün birgə işləməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə LRT məlumat yayıb.

Nauseda bildirib ki, Ukraynaya maliyyə və hərbi yardım bütün beynəlxalq ictimaiyyətin üzərinə düşür. Çünki yalnız Rusiyanın məğlubiyyəti halında qaçırılan uşaqları tez bir zamanda geri qaytarmaq mümkün olacaq.

"Litva demokratik dünya ilə birlikdə Ukrayna ilə həmrəydir və Rusiyadan dərhal törədilmiş cinayəti dayandırmağı və ukraynalı uşaqları azad etməyi tələb edir", - Litva prezidenti bildirib.

O əlavə edib ki, uşaqların qeyri-qanuni deportasiyasına görə şəxslərin məsuliyyətə cəlb olunmasının təmin edilməsi də vacibdir və Litva ədalətin təmin edilməsi üçün beynəlxalq səylərə töhfə verəcək.


SON XƏBƏRLƏR

26 Iyul 2024