• Bakı 22° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Səudiyyə Ərəbistanı neftin qiymətini aşağı salacaq

DÜNYA

08 Yanvar 2024 | 00:48 | Müəllif: Subhan Mahmudov

Səudiyyə Ərəbistanı neftin qiymətini aşağı salacaq

Səudiyyə Ərəbistanı bütün bölgələrdə, o cümlədən Asiya bazarında alıcılar üçün neftin qiymətlərini aşağı salacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Blumberq" agentliyi məlumat dərc edib.

Məlumata görə, “Saudi Aramco” “Arab Light” markalı yanacağın maya dəyərini bir barrel üçün 1,5-2 dollar ucuzlaşdıracaq.

Neft nəhəngi həmçinin Şimal-Qərbi Avropa, Aralıq dənizi və Şimali Amerikaya fevral ayı tədarüklərinə endirim edib.

"Neft istehlakı adətən fevral və mart aylarında azalır. Neft emalı zavodları bu müddətdən bəzi zavodları təmirə bağlamaq üçün istifadə edir", - hesabatda deyilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026