• Bakı 20° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Həmas Qəzzada atəşkəs təklifinə cavab verdi

DÜNYA

07 Fevral 2024 | 00:08 | Müəllif: Subhan Mahmudov

Həmas Qəzzada atəşkəs təklifinə cavab verdi

Qətər Fələstinin radikal HƏMAS hərəkatından Qəzza zolağında hərbi əməliyyatların dayandırılması müqabilində israilli girovların azad edilməsinə dair çərçivə razılaşması ilə bağlı cavab alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qətərin hökumət başçısı, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani məlumat verib.

O, HƏMAS-ın saziş layihəsinə reaksiyasını müsbət adlandırıb.

“Biz HƏMAS-dan bəzi şərhləri ehtiva edən, lakin ümumilikdə müsbət olan çərçivə sazişi ilə bağlı cavab aldıq. HƏMAS-ın cavabı ümidvericidir, lakin vəziyyətin həssaslığına görə indi təfərrüata varmayacağıq”, - deyə Qətərin baş naziri Dohada ABŞ dövlət katibi Antoni Blinkenlə birgə mətbuat konfransında bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026