• Bakı 17° C

    1.96 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Bu şəhərdən Bakıya birbaşa aviareyslər açılacaq

DÜNYA

07 Mart 2024 | 21:41 | Müəllif: Subhan Mahmudov

Bu şəhərdən Bakıya birbaşa aviareyslər açılacaq

Rusiyanın “İrAero” aviaşirkəti Çelyabinskdən Bakıya birbaşa aviareyslər həyata keçirməyə başlayır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İ.V.Kurçatov adına Çelyabinsk Beynəlxalq Aeroportundan bildirilib.

Aviaşirkət Çelyabinskdən Bakıya və əks istiqamətdə birbaşa aviareysləri “Superjet 100” laynerlərində 2024-cü il aprelin 3-dən oktyabrın 24-dək həftənin çərşənbə günləri həyata keçirəcək.

Təyyarə Çelyabinskdən 18:00-da uçaraq Heydər Əliyev Beynəlxalq Aeroportuna saat 20:00-da çatacaq. Bakıdan saat 13:00-da uçan təyyarə isə 16:50-də Çelyabinskə çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026