Terror aktı nəticəsində yanan “Crocus City Hall”da yanğına baxış keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Crocus Group”un mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “Crocus City Hall binasının yanğına davamlılığının sınaqdan keçirilməsi ilə bağlı bütün məsələlər Rusiyanın İstintaq Komitəsi tərəfindən həll edilir. Hazırda yanğının qiymətləndirilməsi aparılır.
Qeyd olunub ki, “Crocus City Hall”un tikintisində istifadə olunan bütün materiallar keyfiyyət standartlarına cavab verir. İstintaq müvafiq sənədlərlə təmin edilib, mətbuat xidməti şirkətin hüquq-mühafizə orqanları ilə fəal əməkdaşlıq etdiyini vurğulayıb.
Xatırladaq ki, martın 22-də axşam saatlarında Moskva yaxınlığındakı “Crocus City Hall” kompleksində terror aktı baş verib. Silahlı şəxslər zalda tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb.
Günəş Mərd
















