• Bakı 23° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Rusiyada sakinlərdən tələb olundu: ərazini tərk edin!

DÜNYA

06 Aprel 2024 | 19:31 | Müəllif: Subhan Mahmudov

Rusiyada sakinlərdən tələb olundu: ərazini tərk edin!

Orenburq meri Sergey Salmin şəhərin su basmış bölgələrinin sakinlərindən təxliyə olunmağı tələb edib və təhlükəli zonanı könüllü tərk etməkdən imtina edənlərin ərazidən zorla çıxarılacağını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, mer bu barədə teleqram kanalında yazıb.

Onun sözlərinə görə, indi bəndin qırıldığı Ural çayında suyun səviyyəsi 855 santimetrdir və o, artmaqda davam edəcək. Fəlakət bölgəsində elektrik və qaz təchizatı kəsilib.

Qeyd edək ki, Ural çayı üzərindəki bənd aprelin 5-də qırılıb. Hazırda Orskda 2400-dən çox yaşayış binası, 3065 evətrafı ərazi su altında qalıb. 711 nəfər təxliyə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026