Ukrayna Prezidenti Vladimir Zelenski yeni qoşun növünün - Pilotsuz Sistem Qüvvələrinin yaradılması ilə bağlı fərman imzalayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə dövlət başçısı Teleqram kanalında məlumat verib.
“Pilotsuz təyyarələr - pilotsuz sistemlər yerdə, səmada və dənizdəki döyüşlərdə effektivliyini sübut etdi”, - deyə prezident bildirib.
















