• Bakı C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.7868

    RUB - 1.619

Putin ilkə imza ata bilər

DÜNYA

09 Dekabr 2023 | 11:44

Putin ilkə imza ata bilər

Rusiya Federasiyasının prezidenti Vladimir Putin 2024-cü il seçkilərində qalib gəlsə, ölkəyə rəhbərlik etdiyi müddətə görə SSRİ lideri İosif Stalini keçəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” nəşri yazıb.

Nəşr xatırladıb ki, Rusiyanın hazırkı lideri bu vəzifəyə ilk dəfə 2000-ci ildə gəlib. Bundan sonra Putin 2004, 2012 və 2018-ci illərdə yenidən prezident seçilib.

“Putin Kremldə daha 6 illik səlahiyyət müddətini başa vursa, o, 1924-1953-cü illərdə Sovet İttifaqına rəhbərlik etmiş İosif Stalini keçəcək. Və sonra o, 18-ci əsrdə Böyük Yekaterinanın dövründən bəri ölkəni ən uzun müddət idarə edən Rusiya dövlətinin başçısı olacaq”. 

Nəşr onu da qeyd edir ki, Putinin 2024-cü il seçkilərində qalib gəlmək şansı kifayət qədər yüksəkdir, çünki onun “ciddi rəqibi yoxdur”. 


SON XƏBƏRLƏR

04 Dekabr 2024