• Bakı 13° C

    3.06 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Robot fəhləni  öldürdü

DÜNYA

09 Noyabr 2023 | 16:34

Robot fəhləni öldürdü

Cənubi Koreyada robot fəhləni əzərək öldürür.

Bakıvaxtı.az xəbər verir ki, ölən şəxs robototexnika şirkətinin əməkdaşı olub. Onun təxminən 40 yaşı olub.

Cənubi Gyeongsang əyalətindəki kənd təsərrüfatı paylama mərkəzində bir işçi robotun sensorlarını sınaqdan keçirərkən, bolqar bibəri qutularını qaldıran və onları paletin üzərinə qoyan sənaye robotu, görünür, nasaz olub və işçinin qutu olduğunu müəyyən edib.

Robot kişinin konveyer lentinə basaraq üzünü və sinəsini əzib. Kişi xəstəxanaya çatdırılsa da, daha sonra aldığı xəsarətlərdən orada ölüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026