Ermənistanda rusiyalı blogerlər həbs olunub.
Bakıvaxtı.az Ermənistan KİV-ə istinadən xəbər verir ki,İrəvanın mərkəzində insanları ələ salan rusiyalı blogerlər həbs edilib.
Yulia Phineas adlı bloger və rəfiqəsi İrəvanın mərkəzində çiçəkçinin əmlakına ziyan vurduqları, meyvə satıcısına meyvə atdıqları, yaşlı qadını ələ saldıqları və söyüş söydükləri video paylaşıblar.
Polis onları xuliqanlıq və maddi ziyana görə həbs edib.
Babək İdrisov















